• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1561
— 23.05.2017 12:16

İsmayıllı sakini həmyerlisini bıçaqlayıb

KepezTV Player

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlanıb. Hadisə ötən gün axşam saatlarında rayonun Bizlan kəndində qeydə alınıb. Basqal qəsəbə sakini, 25 yaşlı Hacı Nağıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bizlan kənd sakini, həmyaşıdı Elçin Qədirovu bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən 3 bıçaq xəsarəti alan Qədirov İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyyat edilib. Onun həyatını xilas etmək mümkün olub. Hacı Nağıyev saxlanılıb. Hazırda faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Zülfiyyə Telmanqızı