• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 23.05.2017 12:03

Yolları yarıda kəsən qəzalar...

KepezTV Player

Yol terroru bu dəfə də can aldı. Paytaxtda baş verən qəzada gənc qadın həyatından oldu. Ağstafada isə məktəbli yolu keçdiyinə peşman olub. Daha bir qəza ötən gün Bərdədə qeydə alınıb. Təfərrüatları indi izləyəcəyiniz süjetdən biləcəksiniz.

Bakının Xəzər rayonunda 28 yaşlı qadın yol qəzasının qurbanı olub. Mərdəkan qəsəbəsi ərazisində Svetlana Nəsirova yolu keçmək istəyərkən minik avtomobili ilə vurulub. Piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyi nəticə verməyib. Qadın xəstəxanada dünyasını dəyişib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının hadisəni törədən sürücünü saxladığı bildirilir. Daha bir piyadavurma hadisəsi Ağstafa rayonunda olub. Göycəli kənd sakini, 15 yaşlı Elnurə Əliyevanı məktəbin qarşısında yolu keçmək istəyərkən avtomobil vurub. Sürücü dərhal məktəblini Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırıb. Əməliyyat edilən yaralının vəziyyəti ağırdır. Bərdənin Bakı küçəsində də qəza baş verib. Bərdə rayon Mirzalıbəyli kənd sakini 45 yaşlı Ziyyədin Abdullayevin idarə etdiyi "Niva" markalı avtomaşın Bərdə rayon sakini 61 yaşlı Elmar Əliyevin sükanı arxasında olduğu Kamaz markalı yük maşını ilə toqquşub. Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb. "Niva" markalı minik maşını banklardan birinə məxsus inkassator olub. Faktla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı

Zülfiyyə Telmanqızı