• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 23.05.2017 10:01

Chevrolet Camaro ZL1 1LE yarış üçün paket qazandı

Chevrolet Camaro ZL1 1LE yarışa daha da adaptasiya olmaq üçün xüsusi təkmilləşmiş paket qazanıb. Avtomobil bir çox xırda da olsa yeniliklər əldə edib ki, bu da yarışda sürücüyə özünü komfort hissə etməyə imkan verir. Məsələn, arxada yeni karbon lif materialından qanad və yeni tənzimlənən asma peyda olub. Təkərlər indi bir qədər enlənib, lakin 1 düyüm diametrliyində kiçilib. Ümumilikdə təkərlər standart ZL1-dəkindən yüngül alınıb. Maşının ən önəmli üstünlüklərindən 650 at güclü mühərrik, Brembo əyləc sistemi, iki zonalı avtomatik klimat-kontrol, Bose audiosistemi, ön oturacaqların və sükanın isinmə və ventilyasiyası qeyd edilməlidir.

 

Cavanşir Məmmədzadə