• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2450
— 22.05.2017 14:23

Gəncədə evdə yanğın olub

KepezTV Player

Gəncədə sobanın üzərində qalan çaydanın yanğına səbəb olduğu ehtimal edilir. Hadisə Təbriz küçəsi, 101 ünvanında baş verib. Şəhər sakini 48 yaşlı Anar Allahverdiyevə məxsus ev anidən yanmağa başlayıb. Bunu görən ev sahibinin qohumu təcili yanğınsöndürənlərə xəbər verib. Ümumi sahəsi 64 kvm olan 2 otaqlı evin qarşısındakı çardaqdan başlayan alovun söndürülməsinə  3 yanğınsöndürən maşın və 20 canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.  

Kənan Allahverdiyev- qohum: “Bura əmimgilin evidir. Evdən yanğını gördüm. Yanğından mühafizə idarəsi yaxınlığımızda olur. Sağolsunlar elə həmin dəqiqədə gəldilər, yanğının qabağını aldılar. Evdə heç kim yox idi. Ehtimal edirik ki, yəqin ehtiyatsızlıqdan qazdan olub”.

Fazil Aslanov- Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi: “Hadisə yerinə çatanda məlum olmuşdur ki, iki otaqlı kürsülü yaşayış evinin çardaq hissəsində yanğın var. Yanğın çardaqda təxminən 3 kvm yeri əhatə edib. Evin özü əşyaları ilə birlikdə yanğından mühafizə olunub”.

Elnur Vahidoğlu