Gəncə Dövlət Universtetinin tələbələri sentyabr ayından respublikamızda 400-dən, Avropa ölkələrində isə 80 mindən artıq ictimai-iaşə obyektləri, kafe, restoran, otel və internet klublarından güzəştli şərtlərlə yararlana biləcəklər. Tələbələr bu imkandan əldə edəcəkləri “Azərbaycan Tələbə Kartı” ilə istifadə edəcəklər.
Tural Salmanov- tələbə: “Mən Tələbə Gənclər Təşkilatının köməkliyi ilə həmin bu “Azərbaycan Tələbə Kartı”nın qeydiyyatından keçdim. Biz bu kartla gələcəkdə səmərəli formada büdcəmizə qənaət etməklə səmərəli istifadə edə biləcəyik”.
Fərəh Qasımova- tələbə: “Mən “Azərbaycan Tələbə Kartı” haqqında məlumatı qrup yoldaşımdan aldım. Özüm də maraqlandım və tələbələrin büdcəsi üçün çox əlverişli bir proqramdı. Mən hazırda bu proqrama qoşuluram və qeydiyyatdan keçirəm”.
Artıq bir aya yaxındır ki, GDU Tələbə Gənclər Təşkilatında “Azərbaycan Tələbə Kartının” qeydiyyatı aparılır. Kart Gənclər və İdman və Təhsil Nazirlikləri, Azərbayacan Tələbə Gənclər Təşkilatı İttifaqı və Avropa Gənclər Kartı Assosiasiyasının birgə işinin nəticəsi olaraq ərsəyə gəlib. Bu kartı əldə etmək könüllüdür və tələbə kimliyini təsdiq edən sənəd, tələbə bileti və 1 ədəd şəklini təqdim etməklə qeydiyyatdan keçə bilər. Sənədlərində problem olmayanlar barədə məlumat mərkəzləşmiş sistemə daxil edilir və 1 aydan sonra tələbə kartı ala bilər.
Orxan Məmmədov- GDU-nun Tələbə Gənclər Təşkilatının sədri: “Bu yaxınlarda istifadəyə veriləcək “Azərbaycan Tələbə Kartı” barədə sayt tələbələrin ixtiyarında olacaq. Həmin saytda bütün müəssisələrin adı göstəriləcək ki, hansı müəssisələrdə nə qədər endirim var. Tələbələrdə o saytdan istifadə edərək həmin müəssisələrin yerini bilərək kartla endirimlərdən faydalana biləcəklər”.
Pulsuz aparılan qeydiyyatda universitetin 350 tələbəsi növbəyə dayanaraq kart əldə etmək istəyini bildirib.
Elnur Vahidoğlu
- Baxış: 782