• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2008
— 22.05.2017 13:50

Keçmiş məhkum Bakı sakinini güllələdi

KepezTV Player

Bakıda güllələnmə faktı qeydə alınıb.  Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri təxirsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ədalət Babayev saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı