• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 22.05.2017 10:22

Volvo sürücüsüz zibil daşıyan yük maşınının sınaqlarına başladı

Volvonun yük maşınları bölməsi sürücüsüz zibil daşıyan avtomobilin sınaqlarına başlayıb. Testlər, tullantıları təkrar emal edən Renova şirkəti ilə birgə həyata keçirilir. Sınaqlar ilin sonuna kimi davam edəcək. Analoji maşın tanımadığı küçəyə gedəndə onu mexaniki idarə etmək lazım gəlir. Bununla avtopilot sistemi hərəkət marşrutunu və zilib qutularının olduğu məkanı yadda saxlayır. Növbəti dəfə artıq sürücü kabinəsindən düşür və avtonom rejimi işə salıb maşına sərbəst hərəkət etmək imkanı yaradır, özü isə tullantıları yığmaqla məşğul ola bilər. Yük avtomobilinin xüsusi sensorları təhlükə müəyyən etdiyi zaman nəqliyyat vasitəsini dərhal dayandırır.

Cavanşir Məmmədzadə