Fiat şirkəti Punto modelinin yerini tutacaq yeni Argo heçbekini göstərib. Braziliyada peyda olacaq model HGT modifikasiyası ilə təklif olunacaq. Onu ön bamperdəki qırmızı işləmələr, 17 düymlük disklər və eqzoz sistemində iri borusuna görə tanımaq olar. Avtomobilin uzunluğu təxminən 4 metrdir, baqajın həcmi isə 300 litrə çatır. Güman ki, Argo 1,0 və 1.3 litrlik motorlarla əlçatan olacaq. Aqreqatlar mexaniki 5 pilləli ya da robotlaşdırılmış sürət qutuları ilə birləşəcək. HGT variantı 140 at güclü atmosfer 1,8 litrlik E.torQ mühərriki və 6 pilləli avtomatik transmissiya ilə hərəkətə gələcək. Aqreqatlar həm benzin, həm də etanolla işləmək qabiliyyətindədir. Fiat Argo ilə bağlı məlumatlar bu qədər.
Cavanşir Məmmədzadə
- Baxış: 369