Samux rayonun Ziyadlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 143 m2 olan birmərtəbəli 4 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər evin qalan hissəsi və bitişik olan talvarı yanğından mühafizə edib.
Daha bir yanğın faktı Gədəbəy rayonun da qeydə alınıb.Rayonun Söyüdlü kəndində ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 3 otaqdan ibarət inzibati binanın 1 otağında “CORAL-200” markalı mini telefon stansiyası yanıb. Yüksək temperaturdan elektrik naqilləri 200 p.m əriyib. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Hər iki faktlarla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 554