• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 20.05.2017 18:00

Gəncədə 15 yaşlı qız pilləkəndən yıxılaraq ağır xəsarət alıb

Gəncədə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Şəhər sakini 15 yaşlı  Fidan Süleymanova yaşadığı fərdi evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub və palataya yerləşdirilib. Xəstənin vəziyyəti orta ağırdı.

Elnur Vahidoğlu