Tayvanın HTC şirkəti rəsmi olaraq U11 adlı flaqman smartfon təqdim edib. Bir sıra maraqlı özəlliklər və funksiyalar qazanan aparatın dizaynı HTC 10-a bənzəyir. Smartfon 5,5 düymlük ekran və Gorilla Glass 5 şüşə qoruyucusu, Qualcomm Snapdragon 835 prosessoru, 4 Qb operativ və 64 Qb əsas yaddaşla təmin olunub. HTC U11-in 12 meqapiksellik əsas kamerası multi oxlu stabilizasiya sistemi və təkmilləşmiş avtofokusa malikdir. Qarşı kameranın ölçüsü isə 16 Mp-ə bərabərdir. HTC U11 IP67 standartlarına uyğun olaraq tozdan, nəmdən qorunur. 3000 mAs həcmli batareyası olan mobil cihaza BoomSound Hi-Fi Edition texnologiyalı daxili dinamiklər quraşdırılıb, o hətta USonic qulaqcılarını dəstəkləyir. HTC-nin yeni flaqmanın əsas özəlliyi smartfon bazarında rast gəlinməyən Edge Sense idaretmə sistemidir. O, özündə təzyiq sensor dəstini birləşdirir ki, bu da smartfonu əldə sıxmaqla müxtəlif fəaliyyəti yerinə yetirməyə imkan verir. Məsələn, bu yolla lazım olan proqramı işə salmaq və ya şəkil çəkmək olar. Şirkət nümayəndələrinin sözlərinə görə, HTC U11 yaxın günlərdə bir neçə bazarda peyda olacaq, iyunda isə artıq bütün dünyada satılmağa başlayacaq. Smartfonun qiyməti 650 dollardır.
Cavanşir Məmmədzadə
- Baxış: 377