• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 20.05.2017 10:15

İdmansayağı Hyundai i30-u ictimai yollarda sınaqdan keçirdilər

Hyundai başbilənləri idmansayağı i30 N heçbekini Böyük Britaniyanın ictimai yollarında sınaqdan keçiriblər. Maşın müxtəlif tipli yollarda yoxlanılıb. Bununla adaptiv asmanın parametrləri və rejimlərin işi dəyərləndirilib. Rəsmilər modellərini ictimai yollar üçün də hazırlamaq niyyətindədirlər. Hyundai-ın top-meneceri Albert Birman bildirib ki, avtomobilin ilk iki versiyası 24 saatlıq Nürburqrin trassında keçiriləcək yarışa qatılacaq. Maşın 2,0 litrlik benzin motorla yarışacaq. Başqa texniki xarakteristikalar açıqlanmasa da, qeyri-rəsmi məlumatlar heçbekin 260 at gücündə olduğunu deyir. Ən güclüsü 275 at gücünə bərabərdir. Model yeni bamperlər, ön spoyler və fərqli təkər diskləri qazanacaq. Maşının əyləc sisteminə düzəliş edilib, idmansayağı asma peyda olub və klirensi azaldılıb. Seriyalı avtomobil iki turbinli eqzoz sistemi ilə komplektləşdiriləcək. Rəsmi premyera isə sentyabr ayına planlaşdırılan Frankfurt sərgisinə təyin olunub.

Cavanşir Məmmədzadə