
Hadisə şəhərin 28 may küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində şəhər sakini, 22 yaşlı Kamal Həsənov xəsarət alıb. Gəncə şəhər TTYX-ya yerləşdirilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
- Baxış: 537