• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1251
— 19.05.2017 19:42

Oğurluqla məşğul olan dəstə yaxalandı

KepezTV Player

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb. Bundan başqa, Qusar şəhər sakininə məxsus avtomobildən oğurluq edən şəxslər tutulub.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Vüqar İbrahimovun Çiləgir kənd sakini Fərrux Güləliyevə məxsus mağazadan 400 manat məbləğində müxtəlif adlı siqaret oğurladığı aşkarlanıb. Onun tanışı Tural Cavadovla birlikdə Qusar şəhər sakini Abubəkir Qədirova məxsus yaşayış evindən oğurluq etdiyi müəyyənləşib. İki dost evdən ümumilikdə 4330 manat dəyərində ev əşyalarını oğurlayıblar. Sonra Vüqar İbrahimov, Tural Cavadov və Murad Vəlibəyov əlbir olaraq Habil Cəbrayılova məxsus “Qazel” markalı maşını qaçırıblar. Bundan başqa Vüqar İbrahimov, Tural Cavadovla birlikdə Qusar şəhər sakini Eldar Əmrahova məxsus evdən ümumi dəyəri 2370 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar. Onlar oğurladıqları əşyaları aparmaq məqsədilə Qusar şəhər sakini Azad Əliyarova məxsus “Qaz 3110” markalı maşını qanunsuz ələ keçiriblər.

Polisin keçirdiyi digər əməliyyat nəticəsində Qusar şəhər sakininə məxsus avtomobildən oğurluq edən şəxslər də saxlanılıb. Əvvəllər məhkum olunan Bakı şəhər sakini Tural Hüseynov və Elməddin Quliyevin əlbir olaraq, Abdulhüseyn Ramazanova ümumilikdə 845 manat ziyan vurduğu müəyyənləşib.

Faktlarla bağlı Qusar rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.