• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 19.05.2017 19:23

Üç qəzada iki nəfər öldü, bir nəfər yaralandı

KepezTV Player

İmişlinin Aranlı kəndində yol qəzası qeydə alınıb. 31 yaşlı Məzahir Həsənov "VAZ 2106" markalı avtomobildə idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq kanala aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Bakı şəhəri, Qaradağ rayonunda isə 2 yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Daha bir qəza Bakının Nərimanov rayonunda olub. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. "Tofaş" markalı avtomobillə Koroğlu metrostansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 43 yaşlı Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və nəqliyyat vasitəsi orada dayanan "Mercedes"ə çırpılıb. Hadisə nəticəsində "Tofaş"ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bütün faktlar araşdırılır.