• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1117
— 19.05.2017 15:53

“Abituriyentlər çox ciddi və diqqətli olsunlar!”

KepezTV Player

Bu il Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsində Gəncə şəhəri üzrə 4 qrup üzrə 7 min abonent iştirak edib. Yayda keçiriləcək ikinci qəbul imtahanları üçün sənədlərin qeydiyyatı isə davam edir. Həmçinin abituriyentlər mayın 27-də keçiriləcək sınaq imtahanına da hazırlaşır.

2-ci qəbul imtahanında iştirak etmək üçün abituriyent elektron ərizələrini Dövlət İmtahan Mərkəzinin saytına daxil olaraq “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidir. Həmçinin tələb olunan sənədlərlə birlikdə Mərkəzin regional bölmələrinə müraciət etmək də mümkündür. 

Nəsimi Məmmədov- Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri: “İmtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunan abituriyentlər ikinci imtahana və müsabiqə şərtinə buraxılmayacaq. Birinci imtahanda iştirak edib və müsabiqə şərtini ödəyib ikinci imtahanda iştirak edərkən onlar imtahan qaydalarını pozub imtahandan xaric olunarsa onlar da ixtisas seçimi mərhələsinə buraxılmayacaq. Ona görə də abituriyentlər çox ciddi və diqqətli olmalıdırlar bu qaydalar düzgün əməl etsinlər”.

Bu ilki sınaq imtahanında iştirak etmək istəyən abituriyentlər isə Dövlət İmtahan Mərkəzinin rəsmi saytının “Sınaq imtahanına yazılış” bölməsində təyin olunan ödənişi edib qeydiyyatdan keçdikdən sonra imtahanın keçiriləcəyi bina və yer haqqında məlumat əldə edə bilər.

Nəsimi Məmmədov- Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri: “Hər bir abituriyent üçün şəxsi kabinent yaradılıb. Bütün məlumatlar abituriyentin şəxsi kabinetində cəmləşib. Abituriyent şəxsi kabinetinə 20 manat ödəyir. Bunlar əmək haqqı kartı, ödəniş kartı və milli ön aparat vasitəsi ilə ödəmə kartı əldə edirlər. Sınaq imtahanına buraxılış vərəqəsi əldə edirlər”.

Birinci sınaq imtahanı Respublikanın 11 şəhər və rayonu daxil olmaqla 63  binada baş tutacaq. İkinci sınaq imtahanı isə iyunun 11-də keçiriləcək.

Elnur Vahidoğlu