• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 19.05.2017 14:21

Vergilər Nazirliyinin təşəbbüsü ilə 12 saylı Ərazi Vergilər Departamentində sahibkarlarla görüş keçirilib

KepezTV Player

Vergi ödəyicilərini, vergi qanunlarına edilən dəyişikliklər və əlavələr haqqından daha geniş şəkildə məlumatlandırmaq üçün Vergilər Nazirliyinin təşəbbüsü ilə 12 saylı Ərazi Vergilər Departamentində sahibkarlarla görüş keçirilib. Mütəmadi təşkil olunan görüşlərdə əsas məqsəd vergi ödəyicilərinin bu istiqamətdə maarifləndirilməsi, vergi hüquqlarının mənimsənilməsidir.Bunun üçün aidiyyəti qurumun əməkdaşları, iştirakçılara nəğdsiz hesablaşmaların üstünlüyü, içtimai iaşə və pərakəndə ticarətdə gəlirlərin və xərclərin uçotu, əmək münasibətlərinin tənzimlənməsi və digər vergi əməliyyatlarının aparılması, eləcə də istifadə qaydalarını izah ediblər.

 

Rauf Mirzəyev- 12 Saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “Bir neçənci tədbirdir biz keçiririk, vergi ödəyicilərinin maarifləndirilməsi ilə bağlı. Bu görüşlərin hər biri öz nəticəsini verir. Vergi ödəyicilərinin vergi intizamına riayət etməsi istiqamətində irəliləyişlər var. Hal –hazırda bizim məqsədimiz vergi mədəniyyətinin yüksəldilməsi və vergilərin məcburi ödənişdən könüllü ödənişə çevrilməsinə nail olmaqdır”.

 

Elton Cabbarlı