Türkiyə Respublikasının Gəncədəki Baş Konsuluğun da “19 May Atatürkü Anım, Gənclik və İdman” bayramı münasibəti ilə “Gənclərlə gələcəyə” adlı sərgi təşkil edilib. Bu bayram Mustafa Kamal Atatürkün Samsuna girməsilə əlaqədar qeyd edilir və Atatürk sözügedən bayramı Türk gəncliyinə ərməğan edilib. Türkiyənin şanlı tarixindən və 98 il əvvəl qurulan Cumhuriyyətindən bəhz edilən tədbirdə Türkiyə Azərbaycan qardaşlığından, eləcə də hər zaman iki xalqın bir-birinin yanında olması da önə çəkilib. Türkiyə Cümhuriyyətinin əlamətdar günlərinin Respublikamızda qeyd olunması isə minnətdarlıqla qarşılanıb. Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin yağlı və sulu boya ilə muncuq və iplə, eləcə də kağız üzərində qarışıq texnika ilə həmrəylik və qardaşlıq vətənpərvərlik, idman, təbiət mövzularında 30-a yaxın rəsm əsəri nümayiş olunub. Sərgi may ayının 25-nə kimi davam edəcək.
Orxan İşıq- Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu: “1919-cu ildə Türkiyədə yaranan azadlıq, istiqlal alovu ilə 1918-ci ildə Azərbaycanda alovlanan od bir-birinin ruh əkizidir. Bu birlik isə tarix boyunca günümüzə kimi davam edir. Atatürk və Heydər Əliyevin dediyi kimi bizlər kədərdə də sevincdə də birlikdəyik və bir millət iki dövlət olaraq bir-birimizdən güc alaraq davam edirik. Gəncə Uşaq Rəssamlıq Məktəbinin şagirdləri bu bayramın mənasını iki ölkənin qardaşlığını, gənclərə əmanət edilən müstəqilliyi, azadlığı, rəsmlərində çox gözəl nümayiş etdiriblər. Onlara təşəkkür edirəm”.
Şəfiqə Rzayev- rəssam: “İlk dəfədir ki, sərgidə iştirak edirəm. Çox sevinərəm ki, bu sərgidə əl işlərim var. Şadam ki, Türkiyə Azərbaycan dostluğuna aid tablolar çəkmişəm. Bu bayram münasibəti ilə təbrik edirəm”.
Sənan Xəlilov- rəssam: “İki əsərim var. Biri Şuşaya aid, digəri isə Çanaqqala döyüşüdür. Mən bu əsərlərimdə Türkiyə Azərbaycan dostluğunu göstərirəm”.
Elnur Vahidoğlu
- Baxış: 781