• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 19.05.2017 14:49

Ana südü ilə qidalandırmanın əhəmiyyətinə dair seminar təşkil olunub

KepezTV Player

Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalandırmanın əhəmiyyətinə dair seminar təşkil olunub. Dünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara görə uşağın gələcək sağlamlığı baxımından ana südünün əvəz olunmaz bir nemət olduğu sübut olunub. Ona görə bu sahədə insanların məlumatlılıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Seminarda ölkədə ana və uşaq sağlamlığı istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində maariflənmə tədbirlərinə xüsusi yer ayırılır. Xüsusilə səhiyyə işçiləri ilə birgə aparılan işlər öz bəhrəsini verir. Bundan öncə Bakıda təşkil olunan analoji tədbirin növbəti məkanı Zaqatala Mərkəzi Rayon Xəstəxanası və Quba Regional Perinatal Mərkəzi olacaq.


Aysel Hacıyeva- neonatoloq: “Mənim südüm yoxdur. Elə bir şey yoxdur. Gərək analarımız öz üzərilərində çalışsınlar. Mütəmadi olaraq əgər ana öz övladına süd verirsə süd gəlir. Tənbəllik edirlər. Onlara elə gəlir ki, bu daha yaxşıdır. Uşaqlar onlarla daha yaxşı çəki artıracaqlar. Daha sağlam olacaqlar. Amma belə bir şey yoxdur. Biz həkimlərdən də çox şey asılıdır. Biz də çalışırıq, təbliğ edirik ki, analar övladını ana südü ilə qidalandırsın”.

Cavid Xəlilov- Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi: “Ümumiyyətlə, bu sahədə Azərbaycanda vəziyyət kifayət qədər yaxşıdır. Amma yenə də biz maariflənmə tədbirlərini davam etdiririk. Bizim hədəfimiz odur ki, Azərbaycanda 6 aya qədər, o cümlədən 2 yaşa qədər uşaqların ana südü ilə qidalanma səviyyəsi artsın. Daha optimal səviyyəyə çatdırılsın”.

 

Jalə Qurbanova