• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 19.05.2017 12:18

Samuxda yüksək bal toplayanların sayı artıb

KepezTV Player

Qəbul imtahanlarının ilkin mərhələsinin nəticələrinə əsasən Samux rayonundan həm ali məktəbə sənəd verənlərin həm də qəbul imtahanlarında keçid balını toplayanların sayı azalıb. Bütün bunlara rəğmən əvvəlki illərlə müqayisədə yüksək bal toplayanların sayının  qismən artması qənaətbəxş nəticə hesab edilir.

Bu il Samux rayonu üzrə məzunların cəmi 50 faizi ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların sayının azlığı nəticələrə də təsirsiz ötüşməyib. Samux rayon Təhsil Şöbəsindən verilən məlumata görə, keçid balı toplayan məzunların sayı 100-ü keçib. Sevindirici haldır ki, ikisi şəhər, biri kənd məktəbi olmaqla 3 məzun 600-dən yüksək nəticə göstərib.

Nürəddin Babayev- Samux rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi: “Hazırda 485 şagird 11-ci sinifdə oxuyur. Onlardan 241-nəfəri ali məktəblərə sənəd verib. Bunlardan 120 nəfəri keçid bal səddini adlaya bilib. 16 nəfər 400-600 arası 3 nəfər isə 600- dən yüksək bal toplayıb”.

Samux rayonunda bu ilki məzunlar daha çox 1, 3 və 4-cü ixtisas qruplarını seçiblər. 500- dən yüksək bal toplayan əksər məzunlar arzusunda olduqları ali məktəblərə düşə biləcəklərini deyirlər.

Məhəbbət Həsənova- məzun: “İmtahan çox yaxşı keçdi. Heç bir həyəcan olmadı. 548 bal topladım. Azərbaycan Dövlət Neft Akademiyasının Neft-qaz mühəndisliyi fakultəsini seçmək istəyirəm”.

Tümən Orucova- məzun: “Mən tarix müəllimi olmaq istəyirəm. Ona görə də 3-cü qrupa hazırlaşdım. 527 bal topladım. İmtahan çox yaxşı keçdi. Suallar da asan idi”.

Ötən il Samux rayonu üzrə məzunlardan 142-si tələbə adını qazanıb.

 

Natiq Hüseyn