• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 19.05.2017 10:01

Superkarların satışı üçün nəhəng diler mərkəzi düzəltdilər

Sinqapurda avtomatik satış prinsipi ilə qeyri-adi avtomobil diler mərkəzi düzəldiblər. 15 mərtəbəli tikili özündə bir dəfəyə 60-a qədər maşın saxlaya bilir. Şou-rum Autobahn Motors firmasına aiddir. Rəsmilər bildiriblər ki, onlar bu yolla küçələrdə sıxlıq yaratmamaqla kreativlik nümayiş etdirmək istəyiblər. Satış qarajı idman və superkarlarla yanaşı dəbdəbəli və müxtəlif klassik modellərlə dolub. Maşınlardan birini seçmək üçün xüsusi taçskrindən istifadə etmək lazımdır. Analoji sistem maşını cəmi 2 dəqiqəyə aşağı salacaq. Oxşar avtomatik satış mərkəzi ABŞ-da, Texas ştatında da mövcuddur. Ancaq amerikalıların tikilisi cəmi 30 avtomobil saxlaya bilir.

 

Cavanşir Məmmədzadə