Lighthouse startapı maraqlı təhlükəsizlik kamerası göstərib. O, ev sahibini və ev heyvanlarını tanıya bilir. “3D-baxış” texnologiyası imkan verir ki, cihaz, evə kimin gəldiyini və nə etdiyini müəyyən etsin. Lighthouse gecə görmə funksiyalı və 1080p formatda çəkə bilən RGB-kamera, həmçinin dinamik, mikrofon, həyəcan siqnalı və obyektin canlı ya cansız olduğunu müəyyən edən 3D-sensorla təchiz olunub. Aparat müxtəlif situasiyaları təyin etmək qabiliyyətindədir. Məsələn, Lighthouse, uşaqların saat neçədə evə gəldikləri və itlərinin gəzməyə çıxarılıb çıxarılmadığı barədə sahibini məlumatlandırır. Obrazları süni intellekt sistemi tanıyır. Düzdür, cihazın ailə üzvlərini nə dərəcədə tanıdığı dəqiq deyil, amma startapçılar əmin edirlər ki, qeydə alınan informasiyalar mühüm məlumatlar kimi qorunur. Onlar 30 gün müddətində saxlanılır, daha sonra isə avtomatik şəkildə silinir. ABŞ-da bu yeniliyi 399 dollara sifariş vermək olar. Çatdırılmalar sentyabrdan start götürəcək.
Cavanşir Məmmədzadə
- Baxış: 401