Fransanın yeni prezidenti Emmanuel Makronun inauqurasiya mərasimində DS markasının yeni DS 7 Crossback krossoveri də iştirak edib. Dövlət başçısı bu avtomobildə Yelisey sarayı ətrafında dövr edib. DS7 Crossback-in Avropada satışları bir neçə aydan sonra başlayacaq. Andiçmə mərasimi üçün maşının görünüşü dəyişib, daha dəqiq desək onun üzərinə hərəkət edən dam və dövlət bayraqlarını bərkitmək üçün yer əlavə ediblər. 2012-ci ildə isə keçmiş Fransa prezidenti Fransua Ollandın inauqurasiyasında DS brendi DS 5 avtomobilini təqdim etmişdi. DS 7 Crossback krossoverinə gəldikdə o, markanın ən qabaqcıl texnologiyaya sahib modeli hesab olunur. O, modul platformada hazırlanıb, 180 dərəcə dönə bilən işıq diodlu faralarla təmin olunub və gecə görmə sistemi əldə edib. Modeli 130-dan 230 at gücünədək olan motorlardan biri ilə, ya da 300 at güclü hibrid mühərriklə almaq alar. DS 7 Crossback-in ictimai debütü mart ayında baş tutmuşdu.
Cavanşir Məmmədzadə
- Baxış: 518