• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 18.05.2017 16:17

Yığmamız finaldadır!

Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün futbol üzrə yarımfinal oyunları keçirilir. Azərbaycanın U-23 millisi də finala vəsiqə uğrunda mübarizə aparıb. Komandamızın rəqibi Əlcəzair yığması olub. Futbolçularımız bu görüşdən iki cavabsız qolla qalib ayrılıblar. Nəticədə, Azərbaycan İslamiadanın ilk finalçısı olub. Digər yarımfinal oyununda isə Kamerun yığması ilə Oman üz-üzə gələcək.

Yarımfinal

18 may

Azərbaycan - Əlcəzair - 2:0 

Qollar: R.Abışov, 39 (1:0). M.İsayev, 58 (2:0).

Bakı. "Dalğa Arena".

Azad Rəfi