Kanadanın Daymak şirkəti C5 Blast adlı elektrik kartı nümayiş etdirib. İstehsalçılar ümid edirlər ki, o, dünyada ən sürətli olacaq. Yerindən 96 km/saat sürət yığma müddəti 1,5 saniyə çəkir. Kart qeyri-adi güc sistemi əldə edib: təkərlər yeganə 14 at güclü elektromotoru, həmçinin 12 turboventilyatoru hərəkətə gətirir ki, onlardan da 4-ü 60 kiloqramlıq dartma yaradır və maşına yerindən götürülməyə kömək edir. Qalan 8 ədəd turboventilyator isə qaldırma gücünə xidmət edir. Daymak C5 Blast 59 995 dollara satılacaq. Amma müştərilərə 9999 dollarlıq versiya da təklif olunacaq. O təkcə elektromotor qazanacaq, turboventilyatorlardan isə məhrum olacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 330