Çin şirkəti Nionun 1360 at güclü EP9 elektrikli hiperkarı Nürburqrinq trassında rekorda imza atıb. Avtomobil məşhur yolu 6 dəqiqə 45,9 saniyəyə qət edib ki, bu da Lamborghini Huracan Performante-dən 6 saniyə tezdir. Hiperkarın sükanı arxasında tanınmış pilot Piter Dambrek əyləşib. 2013-cü ildə keçirilən “24 saat Le-Man” yarışında üçüncü yeri tutan Piter bu uğura Aston Martin Racing komandasında nail olmuşdu. Bu ilin mart ayında Nio EP9 Nürburqrinq trassında elektromobillər üçün rekord qırıb: 7 dəqiqə 5,12 saniyə. Nio EP9 4 elektromotorla təchiz olunub. Bunlarla maşın “yüzü” 2.7 saniyəyə yığır. Maksimal sürət isə 312 km/saatdır. Elektriklə gediş ehtiyatı 425 km/saat təşkil edir. Daha əvvəl bu hiperkardan cəmi 6 ədəd istehsal etmək planlaşdırılmışdı. Sonradan isə rəsmilər artan tələbatı nəzərə alaraq daha 10 ədəd EP9 ərsəyə gətirmək qərarına gəldilər. Hər bir avtomobilin qiyməti 1,48 milyon dollardır.
Cavanşir Məmmədzadə
- Baxış: 398