Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkə vətəndaşına məxsus dərman qutusuna baxış zamanı, qutuda təsiredici maddəsinin ümumi miqdarı 0,285 qram olan narkotik vasitə - metadon aşkar edilib. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşlaı isə "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı nəqliyyat vasitəsindən ümumilikdə 3200 ədəd siqaret aşkar ediblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 500