• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 18.05.2017 13:03

Yük avtomobili ilə iki minik maşını toqquşdu: 5 yaralı

KepezTV Player

Bərdə rayonunda da ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Yük avtomobili ilə iki minik maşınının toqquşması nəticəsində beş nəfər ağır bədən xəsarətləri alıb. İlham Quliyev, Elqəm Hüseynov, Səxavət Quliyev, Ramiz Quliyev, Elsevər Hüseynov Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların beşinin də vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı