• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 18.05.2017 00:51

Soyuq silaha əl atanlar bir qadınla, iki kişini xəstəxanalıq etdilər

KepezTV Player

Soyuq silaha əl atanlardan biri keçmiş həyat yoldaşını, digəri bibisioğlunu sağlamlığından etdi. Digər hadisədə isə 51 yaşlı kişi xəstəxanalıq oldu.

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Təzəkənd kənd sakini 31 yaşlı Könül Məmmədova sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş və başın kəsilmiş-çapılmış yarası diaqnozu ilə Gəncə Şəhər TTYX-ya gətirilib. Dərhal əməliyyat olunan qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Yaxınlarının dediyinə görə, Könül Məmmədovanı keçmiş həyat yoldaşı bıçaqlayıb.

Gəncədə isə 51 yaşlı kişi bıçaqlanıb. Şəhər sakini Novruz Məmmədov başın arxa hissəsinin və sol çiynin daxilə keçməyən yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Yaralıya lazımi tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilir.

Gədəbəy rayon sakini də soyuq silahla hücum nəticəsində xəstəxanalıq olub. Rayonun İnəkboğan kənd sakini 24 yaşlı Qaragöz İbrahimov öz dayısı oğlu tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən aldığı xəsarətlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılan gənc əməliyyat edilib, vəziyyəti orta-ağırdır. Yaxınlarının dediyinə görə, hadisə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baş verib. Hüquq- mühafizə orqanı əməkdaşları faktlarla bağlı araşdırmaları davam etdirirlər.