Qonaqlar son illərdə şəhərdə iri istehsal sahələri sayılan maşınqayırma, detal-alminium, kərpiç və şərab zavodu kimi müəssiələrin tam gücü ilə fəaliyyət göstərdiyi barədə məlumatlandırılıb. Çexiyanın MDB dövlətləri üzrə ticarət palatasının nümayəndə heyyətini rəhbəri Frantişek Masopust Gəncənin iqtisadi potensialını yüksək qiymətləndirərək perespektivlərdən söz açıb. Çexiya ilə Azərbaycan arasında sıx əlaqələrin mövcudluğu iqtisadi sahədə də əməkdaşlığa öz töhvəsini verir. Çexiyanın MDB dövlətləri üzrə ticarət palatasının nümayəndə heyyəti Gəncədə fəaliyyət göstərən sahibkarlarla da görüşərək qarşılıqlı əməkdaşlıq imkanlarını, iqtisadi sahədə münasibətlərin dərinləşdirilməsi potensialını müzakirə ediblər.
Frantişek Masopust - Çexiyanın MDB dövlətləri üzrə ticarət palatasının nümayəndə heyyətinin rəhbəri: "Biz Gəncəyə Çexiyanın 10 ən məhşur şirkətlərini nümayəndələri ilə gəlmişik. Buranın iqtisadi potensialı ilə tanış olduqdan sonra Azərbaycanlı sahibkarlara öz təkliflərimizi edəcəyik. Mən əminəm ki, buradakı görüşlərimiz öz bəhrəsini verəcək. Biz burada məhşur Çex piyvəsini istehsalı ilə məşğul olmaq, maşınqayırmanızı modernləşdirmək istəyərik. Bundan başqa bölgədə kənd təsərrüfatı üçün geniş imkanların olduğunu da düşünürük və bunu üçün danışıqlar aparacağıq. Səfər zamanı insanlarınızın çox işgüzar olması da məndə xoş təsuratlar yaratdı. Demək bölgədə iş görmək üçün potensial qüvvə də var.".
Xaliq Qurbanlı
- Baxış: 511