Gəncədə fərdi yaşayış evində uçqun qeydə alınıb. Hadisə bu gün günorta saatlarında Əziz Əliyev küçəsi 125 ünvanında baş verib. 37 yaşlı Aftandil Abbasova məxsus 2 otaqlı evin zirzəmisi tamamilə dağılıb. Evin arakəsməsinin bir hissəsində də uçqun olub. Tikili tamamilə qəzalı vəziyyətə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Afdandil Abbasov- zərərçəkən: "Səhərə kimi uşaqlarımla bərabər məhlədə yatdım. Ayrı gedəcək yerim yoxdu. Xahiş edirəm, iki balam var. Birinin 8 yaşı, digərinin isə 5 yaşı var. Kömək etsinlər bu evi təmir edim. Özüm də üçüncü qrup əliləm".
İzzət İsgəndərov- küçə üçlüyü: "Bu olmuş hadisə ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi İdarəsinə məlumat verilib. Onlar da gəldilər ölçdülər, biçdilər. Nə lazımdı kömək etməyə söz verdilər".
Elnur Vahidoğlu
- Baxış: 444