• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 17.05.2017 12:29

Qazax RPŞ-nin əməkdaşları tərəfindən 646 kiloqram çətənə kolu aşkar edilərək məhv edilib

Qazax RPŞ-nin əməkdaşları tərəfindən Şıxlı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 646 kiloqram olan 2875 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Zaqatala RPŞ-nin əməkdaşları isə Fındıqlı kənd sakini Ramazan Əliyevə məxsus torpaq sahəsində yabanı halda bitən 135 ədəd çətənə kolunu aşkarlayaraq məhv ediblər. Bundan başqa, Biləsuvar şəhər sakini Pərviz Babayev 3,334 qram tiryəki və 7,33 qram marixuananı satarkən RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Görülən tədbirlər nəticəsində narkotik vasitəni ona satan həmyerlisi Hümbət Abıyev müəyyən edilərək tutulub və ondan 2,751 qram tiryək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Abıyevə narkotik vasitəni satan həmyerlisi Şakir Vahablı da müəyyən edilərək saxlanılıb. Onun evinə baxış zamanı 421,93 qram marixuana tapılıb.

 

Zülfiyyə Telmanqızı