• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 17.05.2017 10:01

Milyonuncu Porsche 911 eksklüziv sportkar oldu

Porsche şirkəti 911 sportkarının milyonuncu avtomobilini buraxıb. Bu qədər maşın 1963-cü ildən yığılır. Zuffenhauzendəki zavoddan çıxan yubiley maşına Porsche Exclusive adı verilib. Avtomobil eksklüziv “İrlandiya yaşılı” (Irish Green) ilə boyadılıb. O, özünəməxsus interyerə və əllə tikilmiş dəri materiallarına sahibdir. İnteryeri və eksteryeri bu cür olan ilk 911 sportkarı məhz Porsche şirkətinin banisi Ferdinand Porşeyə məxsus olub. Yenilik kupe Carrera S-in bazasında ərsəyə gəlib. Onun kuzovunda həmçinin qızılı rəngdə işləmələr, 20 düymlük Fuchs diskləri, “1 000 000” yazılmış emblem, sükanda və ön paneldə təbii qırmızı ağac elementlər peyda olub. Xüsusi versiya 3 litrlik 450 at güclü turbomotor və mexaniki sürət qutusu ilə təchiz edilib. Mühərrik standart Carrera S-dən 30 at gücü daha artıq güc verir. 0-dan 100-ü maşın 4,1 saniyəyə yerinə yetirir. Maksimal sürət isə 312 km/saata bərabərdir. Rəsmilərin dediyinə görə, indiyə qədər istehsal olunan 911-lərin 70%-i işlək vəziyyətdədir. Təkcə ötən il şirkət müştərilərə 32,3 mindən çox Porsche 911 sportkarı satıb.

 

Cavanşir Məmmədzadə