• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 17.05.2017 10:02

Microsoftdan yeni Windows 10 və özü montaj edən proqram

Sietldə keçirilən konfrans çərçivəsində Microsoft şirkəti Windows 10 əməliyyat sistemi üçün yeni əlavələr anons edib və Story Remix videoredaktorunu göstərib. Fall Creators Update adlı yenilənmə əməliyyat sisteminə bir sıra faydalı funksiyalar gətirəcək. Belə ki, Windows 10, iOS və Androidə inteqrasiya oluna biləcək ki, belədə kompüterdə mətnləri və ya faylları köçürərək digər cihazlara ötürmək mümkün olacaq. Hazırda analoji funksiya Apple qacetlərində mövcuddur. Bundan başqa, təzələnmə ilə Windows 10-a Timeline və PickUp funksiyaları əlavə edilib. Onlar eyni proqramla bir neçə müxtəlif qacetdə dayanmadan işləməyə şərait yaradır. İstifadəçi belə vəziyyətdə smartfonda yazdığını heç bir məlumat itirmədən personal kompüterdə davam etdirə bilər. Nəhayət ən önəmli yenilik, əməliyyat sisteminin görünüşünün dəyişməsidir. Fall Creators Update rəsmi şəkildə sentyabrdan buraxılacaq. Dünyanın ən varlı insanlarından olan Bill Qeytsin şirkəti Story Remix adlı videoredaktor da nümayiş etdirib. Onunla kiçik görüntülərdən tarixçə xarakterli video hazırlamaq olar. Proqram özünün hazır qrafika və audi effekləri ilə öyünə bilər. Story Remix ilə istifadəçilər özlərinin videolarına 3D obyektlər də yerləşdirmək imkanı qazanırlar. Yeni texnologiyaya əsasən Story Remix əvvəlcədən təyin edilmiş parametrlərlə istənilən videonu özü montaj etmək qabiliyyətindədir.

 

Cavanşir Məmmədzadə