• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1871
— 17.05.2017 10:03

Köhnə və yeni Toyota Corolla kraş-testdən keçirildi

Avstraliyanın yeni maşınların qiymətləndirilməsi proqramı (ANCAP) yeni və 1998-ci ilin Toyota Corolla avtomobillərini sınaqdan keçirib. Bu sınaq, 19 il ərzində təhlükəsizliyin nə dərəcədə artdığını nümayiş etdirmək üçündür. Kraş-test zamanı sürət 64 km/saata bərabər olub. Nəticədə köhnə “Korolla” mümkün 5 ulduzdan bir dənəsini də qazana bilməyib. Ümumi 16 xaldan isə 0,4-nü yığıb. Manekenlərin üzərindəki sensorlar sürücünün başında, sinəsində və ayağında ciddi travma qeyd alıb. Müasir Corollaya gəldikdə, bu maşın 5 ulduz və 12,93 xal qazanmağı bacarıb. Kraş-test mütəxəssisləri həmçinin əlavə ediblər ki, Corollanın 2000-ci ilə qədər buraxılan modelləri Avstraliyada qəzaya düşəndə, onların 33 faizində ölüm qeydə alınır. 2011-2016-cı illər arasında yığılanların 13%-i bu cür qəza ilə üzləşir.

 

Cavanşir Məmmədzadə