• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 16.05.2017 23:25

Oğul atasının qatili oldu

KepezTV Player

Mayın 14-də Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yolu keçən Şabran rayon sakini Nizami Rəsulov müəyyən edilməmiş avtomobillə vurularaq dünyasını dəyişmişdi.DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədilməsi müəyyən edilib. Aşkara çıxan daha bir ağlagəlməz məqam isə,avtomobili idarə edənin mərhumun oğlu Nazim Rəsulov olmasıdır. Polis əməkdaşları tərəfindən saxlanılan şəxs izahatında bu əməli ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib. Baş verən hadisəyə şahidlik edənlər də var.

Məsələnin daha bir dəhşətli tərəfi isə olanların həyətda oynayan azyaşılın gözləri qarşısında baş verməsidir.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.