• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2361
— 16.05.2017 15:45

Gəncəli basketbolçu İslam Oyunlarında Nizami yurdunu təmsil edəcək

KepezTV Player

Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində basketbolun 3-ə 3 növü üzrə yarışlar da baş tutacaq. Bu növdə çıxış edəcək millimizin heyətində yer alan basketbolçulardan biri gəncəli Amil Həmzəyevdir.

Həmzəyev son mövsüm Ukraynada legioner həyatı yaşayıb. Kremen klubunda oynayan basketbolçu komandasının ən yaxşılarından olmaqla yanaşı, bir neçə dəfə turun rəmzi yığmasına da düşməyi bacarıb. Həmzəyevin uğurlu çıxışı diqqətdən kənarda qalmayıb və o, İslamiada üçün yığmanın heyətinə çağrılıb. Yeri gəlmişkən, Amil Bakı 2015 Avropa Oyunlarında da ölkəmizi təmsil edən basketbolçular sırasında olub.
Mövsümboyu klassik basketbolda çıxış edən Həmzəyev birdən-birə 3-ə 3 növə keçməyin çətinliyindən də danışıb.

Seçməmiz İslam Oyunlarında A qrupunda Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistanla eyni qrupda mübarizə aparacaq. Rəqibləri dəyərləndirən Amil komandamızın iddialı olduğunu söyləyib.
İslam Həmrəyliyi Oyunlarında basketbol yarışları mayın 18-də başlayacaq. Qalibin adına isə ayın 21-də aydınlıq gələcək.

Orxan Cəfərzadə