• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 16.05.2017 13:00

Yol qəzasında bir nəfər xəsarət aldı

KepezTV Player

Qaxın Marsan kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Zəyəm kənd sakini 31 yaşlı Kamal Mustafayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Qaxdan Zəyəm kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi qarşıdan gələn, Bakı sakini 69 yaşlı Məhəmməd Talıbovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobillə toqquşub. "Mercedes" in sürücüsü xəsarət almasa da,"VAZ-2107"nin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Kamal Mustafayevə çənənin küt travması diaqnozu qoyulub, vəziyyəti orta-stabildir. Faktla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı