• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 16.05.2017 12:31

Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib

Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub. 

Yalnız final görüşündə uduzan 50 kq-da güləşən Zülfüqar Əliyev gümüş medalla kifayətlənib. Bürünc medalı isə 60 kq çəkidə mübarizə aparan Kamran Mirzəliyev qazanıb. Həlledici görüşdə güləşçimiz Ermənistan idmançısına tam üstünlüklə qalib gəlib. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edib. 

Orxan Cəfərzadə