• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 16.05.2017 10:04

Opera brauzeri veb-versiyalı populyar messencerlərə qoşuldu

Opera Software şirkəti bu ilin yanvar ayında konseptual Neon brauzerini təqdim etmişdi. Operanın gələcək veb-serfinqi məhz belə olacaq. 4 aydan sonra isə şirkət yenilənmiş Opera brauzeri nümayiş etdirib ki, o da Neondan bir sıra elementlər mənimsəyib. Adına Reborn əlavə edilən təzələnmiş brauzerin əsas özəlliyi, onun WhatsApp, Facebook Messenger və Telegram messenceri dəstəkləməsidir. Telegram, yan panelləri işə saldıqdan sonra aktivləşir. Onlardan istifadə etmək üçün müəyyən edilmiş işarəni basmaq lazımdır. Sayta daxil olduqdan sonra bu funksiyadan iki yoldan biri ilə yararlanmaq olar: siz seçilmiş messenceri xarici tab kimi aça, ya da onu cari nişanın yanında qoya bilərsiniz. İşarələr Operanın yan panellərində yığılıb, əgər onların üzərində hər hansısa şəkili qoymaq istəsək görüntüləri sürətlə göndərmək üçün dialoq siyahısı açılacaq. Bundan başqa Opera istehsalçıları proqramın xarici görünüşünə də əl gəzdiriblər. Reborn brauzeri həmçinin reklamı blok edən təkmilləşmiş sistem qazanıb.

Cavanşir Məmmədzadə