• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 16.05.2017 10:05

BMW 1 və 2 series modelləri yeniləndi

BMW 1 və 2 series avtomobillərini yeniləyib. Model ili 2018 olan maşınların eksteryeri dəyişilib və salonu yeni forma alıb. Avadanlıqlar siyahısında da təkmilləşmə gözə dəyir. Yeniliklərin satışı bu il ərzində baş tutmalıdır. Birinci modeli optikasında yüngül dəyişikliyə görə tanımaq olar, bundan savayı onda rəng qamması genişlənib və təklif olunan təkər diskləri artıb. Salonda əsas yenilik fərqli alətlər panelinin və 8,8 düymlük ekranı olan  təkmilləşdirilmiş iDrive multimedia kompleksinin peyda olmasıdır. Bununla yanaşı, interyerdə materiallar xəfif də olsa dəyişikliyə məruz qalıb. Motor siyahısı belədir: 3 silindrli 1,5 litrlik 109-136 at gücü arasında dəyişən benzin mühərriklər, iki litrlik 4 silindrli gücü 184-224 arasında dəyişən dizel aqreqatlar, 3 silindrli 116 at güclü dizel və 150-dən 224-dək at gücü olan 4 silindrli motorlar. Gücləndirilmiş versiya M140i əvvəlki kimi 340 at güclü mühərriklə təklif olunacaq.BMW 2-Series modelinə gəldikdə o da optikasına, eləcə də böyüdülmüş radiator barmaqlığına görə seçilir. Bu maşını Mediterranean Blue, Seaside Blue və Sunset Orange rənglərində əldə etmək mümkündür. 2-Series yeni alətlər paneli, iDrive-ın son versiyası və smartfonu naqilsiz enerji ilə təmin edən sistemlə təmin olunub. Maşını hərəkətə gətirmək üçün bu motorlardan birini seçmək lazımdır: 3 silindrli 15 litrlik 136 at güclü, 2 litrlik 4 silindrli 184 və 252 at güclü aqreqatlar. M240i modifikasiyası 340 at güclü 6 silindrli motorla təklif edilir. Model dizel motorun gücü 150-dən 220 at gücünə qədərdir. Bütün bunlara baxmayaraq BMW M2 3 litrlik 370 at güclü turbo motorunu qoruyub saxlayıb.

Cavanşir Məmmədzadə