Gücləndirilmiş Jeep Grand Cherokee SRT, 1932-ci il istehsalı olan Ford Model A hot-rodu ilə dreq yarışına çıxıb. Yarış Böyük Britaniyanın köhnə yarış yolunda baş tutub. “Cip”i ölkə çempionu Stüart Doyqni idarə edib, hot-rodun sükanı arxasında isə bu cür yarışlar üzrə mütəxəssis Kelvin Dann əyləşib. Jeep Grand Cherokee SRT 6,4 litrlik V8 mühərriki ilə təchiz olunub, onun at gücü 475-ə bərabərdir. Yolsuzluq avtomobili 0-dan 100 km/saat sürəti 5 saniyəyə yerinə yetirir. Maksimal sürət isə 257 km/saatdır. Hot-rodun isə aqreqatı, artıq mövcud olmayan 1956-cı ilin DeSoto markasının modelindən götürüb. 8 silindrli 5,4 litrlik aqreqat 308 at gücündədir. Belə bir maşın “yüzü” 6 saniyəyə yığır. Əlqərəz, finişə ilk olaraq Grand Cherokee çatıb. O, 402 metrlik məsafəni 13,3 saniyəyə qət edib, yolun sonlarında avtomobil 165,7 km/saat sürət yığıb. Hot-rod isə finişə 14,2 saniyədən sonra, 152,8 km/saat sürətlə gəlib çıxıb.
Cavanşir Məmmədzadə
- Baxış: 387