• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 15.05.2017 16:12

Ramil Qasımov Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında ölkəmizə qızıl medal qazandırdı

KepezTV Player

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışları sona çatıb. Bu idman növünün növbəti günü milli komandamız 2 qızıl, 2 gümüş, 3 bürünc medalla yadda qalıb. Yığmamızın hesabına qızıl medal qazandıranlardan biri gəncəli Ramil Qasımov olub. Ramil İslamiadada uğurlu çıxış edərək bu mötəbər yarışda da baş mükafatı boynundan asıb. 73 kq çəki dərəcəsində güləşən Rio Paralimpiya Oyunlarının çempionu finalda özbəkistanlı Feruz Sayidovu yenərək “Bakı-2017”nin qalibi adını qazanıb. Əməkdar məşqçi Əli Hacıyevin yetirməsi olan Ramil həm də Avropa və dünya çempionudur. Ümumilikdə paracüdoçular İslam Oyunlarını 4 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurublar.

 

Azad Rəfi