• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 15.05.2017 16:17

Gəncə sakinlərinin lift sarıdan problemlərinə son qoyulacaq

KepezTV Player

Gəncənin Yeni Gəncə və Abbas Səhhət yaşayış massivlərində sakinlərin lift sarıdan problemlərinə son qoyulacaq. İlin sonuna kimi həmin ərazilərdə fəaliyyət göstərən 62 lift yenisi ilə əvəz olunacaq. Səbəb mövcud qurğuların istismar müddətini başa vurmasıdır.

Bəybala Şamilov- Gəncə Şəhər MKTİB-nin Lift Şöbəsinin müdiri: “2 model üzərində hal-hazırda iş gedir. 1-cisi Türkiyə istehsalı olan sərnişin lifti, digəri isə Belarusiya istehsalı olan Maqilyov Lift MAŞ zavodunun istehsalı olan sərnişin liftinin üzərində iş gedir. Bu liftlərində hərəsinin öz xüsusiyyətləri var. Dizayn, görkəm baxımından Türkiyə istehsalı olan liftlər, qiymət, dözümlülük və etibarlılıq baxımından isə Belarusiya liftləri məqsədə uyğun hesab olunur”.

Hazırda Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında 194 ədəd lift fəaliyyət göstərir ki, bunun da 36 ədədi 2006-cı ildə, 20 ədədi 2010-cu ildə, 70-i isə 2013 –cü ildə yenilənib. Köhnə liftlərdən istifadə isə sözün əsl mənasında vətəndaşlar üçün çətinliklər yaradır. Liftdən istifadəyə görə isə abonentin aylıq ödənişi 2 manat təşkil edir.

Səidə Mustafayeva- sakin: “Liftlər çox bərbat haldadır. Sovet dönəmindən qalma liftdir. Xatalıdır, narahatçılığı çox böyükdür. Xahiş edirik düzəlsin. Düzəlsə çox sevinərik”.

Ələsgər Məcidov- sakin: “Gözəl, müasir tipli liftlərdən olsa çox gözəl olacaq. Çox əziyyət çəkirik. Tez-tez liftdə qalırlar, necə izah edim, çox pisdir. Yenilənsə çox gözəl olar”.

 

Elton Cabbarlı