• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 15.05.2017 13:04

Yol qəzalarında 5 nəfər sağlamlığından oldu

KepezTV Player

Bakı-Qazax avtomagistralının 185-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində qəza qeydə alınıb. Paytaxtın Qaradağ rayon sakini Orxan Məmmədovun idarə etdiyi "Dodge" markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini Əfrayıl Həşimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "VAZ-2107" yoldan çıxaraq aşıb . Nəticədə avtomobildə olan sərnişinlər - Kürdəmir rayon sakinləri 37 yaşlı Rəşidə Şıxəliyeva, 58 yaşlı Qarakişi Quliyev, 24 yaşlı Ruhanə Cəbrayılova və 36 yaşlı Sveta İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qaxın Marsan kəndi ərazisində isə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Zəyəm kənd sakini 31 yaşlı Kamal Mustafayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Qaxdan Zəyəm kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi qarşıdan gələn, Bakı sakini 69 yaşlı Məhəmməd Talıbovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobillə toqquşub. "Mercedes" in sürücüsü xəsarət almasa da,"VAZ-2107" nin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Kamal Mustafayevə çənənin küt travması diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.Faktlarla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı