• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 15.05.2017 10:02

Kompakt qurğu adi evi “ağıllı” evə çevirir

Pensilvaniya ştatında yerləşən Karneqi-Mellon Universitetinin araşdırmaçısı Qerad Laput (Gierad Laput) universal qurğu təqdim edib. O, hansısa məkanda baş verə biləcək müxtəlif hadisələri izləyə və heç bir məişət texnikasını, yaxud mövcud individual sensorlar alətlərininin təchizatını əvəzləmədən adi evi “ağıllı” evə çevirmək gücündədir. Synthetic Sensor adlı cihazın dözümlü korpusunda kontroller və bir neçə sensor quraşdırılıb, buraya da mikrofon, akselerometr, temperatur sensoru, rəng, işıqlanma, maqnit sahəsinin gərginliyi, Wi-Fi və atmosfer təzyiqini ölçən qurğu daxildir. Qurğunu enerji ilə təmin etmək üçün USB-li adapterdən istifadə olunur. Qaceti işə salandan sonra o, olduğu məkanı izləyir və əldə etdiyi məlumatları kompüterə ötürür. Videoçarxdan aydın olur ki, Synthetic Sensor, evdə adam olub-olmadığını və nələr baş verdiyini müəyyən edir. Məsələn, soft sensorların köməyilə krandan suyun axdığını, qazın açıq olduğunu, blenderin və ya başqa bir qurğunun işlədiyini təyin etməyi bacarır. Proqram alətlər olan yerdə və ya ofisdə də eyni ilə bu cür işləyir. Qurğu hətta məişət avadanlıqlarının iş müddətini, suyun sərfiyyatını və əl üçün nə qədər kağız işləndiyini hesablaya bilir.

 

 

Cavanşir Məmmədzadə