SpaceX aerokosmik şirkəti ağır Falcon Heavy raketinin uğurlu sınaqlarının keçirildiyi barədə məlumat yayıb. Testin ilk mərhələsinin qısa video yazısında blokun mühərriklərinin işi görüntülənir. Sınaqlar Texas ştatında baş tutub. Ətraflı məlumat isə verilmir. Xatırlatmaq yerinə düşər ki, Falcon Heavy Falcon 9 raketlərinin bazasında hazırlanıb. Yeni raket özü ilə orbitə 54,4 ton yük qaldıra bilir, Mars planetinə isə 13,6 ton yük daşımaq iqtidarındadır.
Cavanşir Məmmədzadə
- Baxış: 343