• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 13.05.2017 15:25

Gəncənin 1 saylı Uşaq Gənclər İdman Məktəbində boks üzrə daxili birincilik keçirilib

KepezTV Player

50-yə yaxın idmançının iştirak etdiyi yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunub. 3 yaş qrupu – 2002-2003, 2004-2005 və 2006-2008-ci il təvəllüdlü uşaq və yeniyetmələr arasında təşkil edilən birincilikdə 16 çəki dərəcəsində qaliblər müəyyənləşib. Bu yaş kateqoriyalarında yarışlar az keçirildiyindən birincilik kiçik yaşlı boksçuların təcrübə qazanması baxımından əhəmiyyət kəsb edib.

Arif Zeynalov -məşqçi: “Məqsədimiz uşaqların fiziki, taktiki-texniki hazırlıqlarını yoxlamaq, qarşıda şəhər birinciliyi var, eyni zamanda bu yarışa hazırlaşmaqdır. Bacarıqlı idmançılar var. Həmin şəhər birinciliyində onlar da üzə çıxacaqlar. Kiçik yaşlı yeniyetmələr, gənclər və kişilər arasında artıq boksçularımız yetişib.”

 

Orxan Cəfərzadə