• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 13.05.2017 10:03

Volkswagen Polo bazasında krossover test edilir

Volkswagen şirkəti yeni nəsil Polo modelinin bazasında kompakt krossoverin testlərinə başlayıb. Fotocasuslar isə bu imkanı əldə qaçırmayıblar və maşının görüntülərini Nürburqrinq trassında qeydə almağa müvəffəq olublar. Avtomobilin premyerası ilin ikinci yarısında baş tutmalıdır. Yeniliyin T-Cross adı ilə satışa çıxarılacağı gözlənilir. Belə bir adla konsept ötən il Cenevrədə sərgilənmişdi. Casus görüntülərdən müəyyən etmək olar ki, maşın R-Line idman modifikasiyası ilə hərəkətə gəlir. Dizayn isə konseptdəkini təkrarlayacaq, ancaq prototipdən fərqli olaraq seriyalı versiya üstü açıq olmayacaq. Motor qammasına benzin və dizel güc aqreqatları daxil ediləcək ki, onlar da müvafiq olaraq 3 və 4 silindrlikdir. Mühərriklərin gücünə gəldikdə, bu göstərici 74-lə 200 arasında dəyişəcək. Modelin hətta hibrid variantının meydana çıxacağı gözlənilir. Gələcəkdə isə onun tamamilə elektrikli olacağı istisna edilmir. Maşının yığılması İspaniyadakı zavoda tapşırılıb. Əsas rəqiblər Peugeot 2008, Renault Captur və Opel Mokkadır.
 

 

Cavanşir Məmmədzadə