• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1201
— 13.05.2017 10:01

Plastik butulkaları konstruktor detallarına çevirdilər

Almaniyanın Potsdam şəhərində yerləşən Hasso Plattner adına İnstitutun mühəndisləri adi plastik butulkalardan müxtəlif konstruksiyalı sadə texnologiya işləyib hazırlayıblar. Alimlər TrussFab adlı, ev şəraitində kontruksiyaya uyğunlaşdırılmış və butulkalar üçün birləşdirilmiş elementlər hazırlayan proqram yaradıblar. TrussFab adi 3D-printerdə çap da edilə bilir. Onun köməyilə istifadəçilər istədikləri konstruksiya formasını alır, daha sonra sistem özü butulkalar üçün lazım olan ölçülər seçir və müvafiq konstruksiyaya uyğunlaşdırır. İşin sonunda proqram istifadəçərə birləşdirilmiş plastik elementləri 3D-printerdə çap edir, buna görə isə o qədər çox vaxt lazım deyil. Bundan sonra lazım olan qədər butulka əldə edən istifadəçi konstruksiyanı yığmağa başlaya bilər. Videoçarxdan aydın olur ki, alman mühəndislər butulkalardan möhkəm körpü, stul, stol və digər avadanlıqlar düzəltməyə nail olublar.

 

Cavanşir Məmmədzadə